Ana səhifə

 FAXRALI ŞƏKİLLƏRDƏ

Bulaq


Qızılqaya


Səngər dağının uzaqdan görünüşü

 
 

 LİNKLƏR

www.borchali.net
www.cavanshir.da.ru
www.elshanorujov.tk
 
 
 
 

  KƏNDİN TARİXİNDƏN

   
 

Faxralı ulu babalarımızın məskən saldığı, öz gözəl ənənələrinin xatirələrini yaşadan bir kənddir. Müdrik qocalar, el ağsaqqalları və ağbirçəkləri kəndin adını "Fağır Alı", bəzən də "Fəxr Əli" (Həzrət Əlinin Fəxri, islamın təbliğatçısı) kimi mənalandırmış, Qazaxın sonralardan Dağ Kəsəmən kəndinə birləşmiş Faxralı kəndi, bəzən də Goranboy rayonunun Faxralı kəndi olə eyni kökdən olduğunu nəql etmişlər. 
Müşahidələrin nəticəsi budur ki, ulu babalarımız ilk dəfə Molla Əhmədli təpəsi deyilən yerdə yurd salmış, sonra indiki İmir Həsən kəndinin ərazisində məskunlaşmış, nəhayət axırıncı dəfə isə suyu, otları bol olan ucsuz-bucaqsız geniş bir ərazidə meşəlik sahələri indi Ermənistan adlanan qədim türk torpaqları ilə sərhədlənən iki dağ arasında, mənzərəli bir yerdə Faxralı adlı vətən tutmuş, həmişəlik yurd-yuva qurmuşlar. bu tarixi faktı hər üç qədim yaşayış yerinin ərazisində olan qəbilər də tasdiqləyir.
Söz düşəndə 30-35-ci illərin dünyagörmüş qocaları deyərdilər: "Faxralı yeddi kəndin sonudur". Məlumdur ki, Faxralı 30-dan çox tayfanı özündə birləşdirib. Hətta bu tayfaların bir qisminin İranda, Türkiyədə, Azərbaycanda, Türkmənistanda və türklər yaşayan digər ərazilərdə eyni adlı tayfalar, kəndlilərlə soydaşlıqları barədərəvayətlər, fikirlər söyləmək olar.
Yaylaqlarda xatirə kimi qalan mal-qoyun arxacları, xalxallar,yüksək zirvələrdə düzəldilmiş daş qaravullar (nişangahlar) əsrlərin yadigarıdır.
>>> "Faxralı tək ağır elim var mənim" adlı kitabdan istifadə olunub. 
 

 
 

  ŞERLƏR

  Qızılqaya, Böyükgünöy, Qaradağ,
Səngərimdə əriyən qara bax.
Dağlarında Cəngı çalır hər bulaq
Ömrümdə mənalı anım Faxralı

Bu torpaqdı sazın-sözün mahalı
Hər çəməni, hər talası bir xalı
Dağları var yapıncılı, çalmalı
Kitabtutmaz min dastanım Faxralı

 

 
 
Kənd Soveti
Kəndin yuxarı hissəsində tikilmiş körpü.
Məscid
Univerimaq
Məktəb
8 illik orta məktəb
Xəstəxana
 

  ELAN

Faxralı kəndini ozündə əks etdirən 20 dəqiqəlik VCD film hazırlanıb. Filmi əldə etmək istəyən Cavanşir Hüseynova müraciət edə bilər
---
Borçalı saytının forumunda Faxralı kəndinə aid mövzu açılıb. Hamınızı müzakirəyə dəvət edirik.

REKLAM



 

 
Hosted by uCoz