ƏLİ ƏLİZADƏ
Əli
Mahmud oğlu Əlizadə 1933-cü ildə Borçalı mahalının Bolus
nümayəndəliyinin (Bolnisi rayonu) Faxralı kəndində kəndli
ailəsində anadan olmuşdur.
1941-ci ildə Faxralı orta məktəbinin 1-ci sinfinə daxil olmuş,
1952-ci ildə həmin məktəbi bitirmişdir. 1952-ci ilin
sentyabrından 1953-cü ilin sentyabrınadək Faxralı orta
məktəbində pioner baş dəstə rəhbəri işləmişdir.
1953-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq
fakültəsinə daxil olmuş, 1958-ci ildə həmin institutu
bitirmişdir.
1958-ci ilin avqust ayından 1962-ci ilin sentyabrınadək Faxralı
kəndindəki "Qələbə" kolxozunda baş baytar həkimi işləmişdir.
1962-ci ilin sentyabrında istehsalatdan ayrılmaqla mərhum
professor Məhəmməd Əsəd oğlu Mehtiyevin rəhbərliyi altında
tədqiqat aparmış, 1965-ci ildə namizədlik dissertasiyası müdafiə
edərək biologiya elmləri namizədi elmi dərəcəsinə layiq
görülmüşdür.
1965-ci ilin sentyabrından Kənd Təsərrüfatı Akademiyasında
assistent, 1968-ci ildən isə dosent olmuşdur. 1979-cu ildən
1984-cü ilədək "yoluxmayan xəstəliklər və klinik diaqnostika"
kafedrasında müdir, 1984-cü ilin sentyabrından 1987-ci ilin
oktyabrınadək institutunun hazırlıq şö’bəsində müdir, 1987-ci
ildən 1989-cu ilədək baytarlıq fakültəsinin dekanı olmuşdur.
Hazırda "terapiya, klinik diaqnostika və cərrahiyyə"
kafedrasının müdiri işləyir. Əli Əlizadə 60-a yaxın elmi əsərin,
o cümlədən 5 dərs vəsaitinin müəllifidir.
Əli Əlizadə 1965-ci ildən 2000-ci ilədək 20 ittifaq və
respublika səviyyəli elmi konfranslarda çıxış edib, məqalələr
çap etdirmişdir.
ƏLİ ƏLİYEV
Əli
Bayram oğlu Əliyev 1923-cü il mayın 28-də Borçalı mahalının
Bolus nümayəndəliyinin (Bolnisi rayonu) Faxralı kəndində anadan
olmuşdur. 1941-ci ildə Faxralı orta məktəbini ə’la qiymətlərlə
bitirmiş, həmin il hərbi xidmətə çağırılmışdır. 1943-cü ildə
Hərbi Topçuluq məktəbini bitirmiş, zabit rütbəsi almış və
1945-ci ilədək İkinci Dünya müharibəsində faşistlərə qarşı
vuruşmuşdur.
Əli
Əliyev 1945-ci
ildən
başlayaraq
Faxralı
kəndindəki
"Qələbə"
kolxozunda
mühasib
köməkçisi,
baş
mühasib,
ilk
partiya
təşkilatının
katibi
və
kolxoz
idarə
hey’ətinin
sədri
vəzifələrində
çalışmışdır
.
Əli Əliyev 1955-ci ildə Tbilisi Dövlət Universitetinə (indiki
TDU) daxil olmuş, 1960-cı ildə bitirmişdir. Təhsilini Azərbaycan
Kənd Təsərrüfatı İnstitutunun (Gəncə şəhər) aspiranturasında
davam etdirmiş və "Azərbaycan SSR-nin Şəki-Zaqatala zonasında
ipəkçiliyin müasir vəziyyəti və inkişaf prespektivləri"
mövzusunda namizədlik dissertasiyası yazmış və 1964-cü ildə
həmin dissertasiyanı müdafiə edib elmlər namizədi olmuşdur.
Əli Əliyev 1964-cü ildə Bolnisi rayon Sovet İcraiyyə Komitəsinin
sədri vəzifəsinə irəli çəkilmiş, bu vəzifədə 1972-ci ilədək
işləmişdir. 1972-ci ildən ömrünün sonuna kimi Bolnisi rayon
Meliorasiya və Su Təsərrüfatı İdarəsinə başçılıq etmişdir.
Əli
Əliyev
Qırmızı
Əmək
Bayrağı
ordeni, "Əməkdə
fərqlənməyə
görə",
"İgidliyə
görə",
"Stalinqrad
müdafiəsi
uğrunda",
"Alamaniya
üzərində
qəlbəyə
görə"
və
s.
medallarla
təltif
edilmişdir.
Əli Əliyev 1945-ci ildən Sov.İKP-nın üzvü olmuşdur. O, Gürcüstan
KP MK üzvülüyünə namizəd seçilmiş, dəfələrlə Bolnisi rayon
partiya komitəsinin üzvü və rayon sovetinin deputatı olmuşdur.
Əli Əliyevin elmi-pedaqoji fəaliyyəti 10 məqalədə öz əksini
tapmışdr.
Əli Əliyev 1973-cü ildə vəfat etmişdir.
ƏLƏDDİN İMANOV
Ələddin
Bayraməli oğlu İmanov 1938-ci ildə Borçalı mahalının Bolus
nümayəndəliyinin (indiki Bolnisi rayonu) Faxralı kəndində anadan
olmuşdur. 1946-cı ildə Faxralı kənd orta məktəbinin 1-ci sinfinə
getmiş, 1957-ci ildə isə həmin məktəbi bitirmişdir. 1957-ci ildə
Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil
olmuş, 1962-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə
bitirmişdir. Həmin ildə tə’yinatla Moskva şəhərindəki Qapalı
Ümumittifaq Elmi Tədqiqat Elektromexanika institutuna
göndərilmişdir. O, burada elmi işlə məşğul olmuş, 1972-ci ildə
dissertasiya işini müdafiə edib, fizika-riyaziyyat elmləri
namizədi elmi dərəcəsi almışdır.
Ələddin İmanov elmin və texnikanın elə bir ixtisasına
yiyələnmişdir ki, onun elmi əsərləri də qapalı jurnal və elmi
kitablarda nəşr olunmuşdur. Onun işıq üzü görmüş əsərləri əsasən
Moskva şəhərinin qapalı materiallar məcmuəsində çap olunmuşdur.
İşlədiyi bu müddətdə 4 ittifaq əhəmiyyətli ixtiranın və
müəlliflik şəhadətnaməsinin müəllifi olmuşdur. O, bu
şəhadətnamələri 1970,1978, 1980 və 1981-ci illərdə almışdır.
Ələddin İmanovun ixtiraları SSRİ Kosmik Tədqiqatlar sahəsində
istifadə edilmişdir.
Ələddin İmanov 1993-cü il yanvar ayında Bakı şəhərində vəfat
etmişdir.
ƏMİRXAN BABAŞOV
Əmirxan
Mehralı oğlu Babaşov 1947-ci il fevralın 5-də Bolnisi rayonunun
Faxralı kəndində kəndli ailəsində anadan olmuşdur.
1954-cü ildə Faxralı kənd orta məktəbinin 1-ci sinfinə getmiş,
1965-ci ildə həmin məktəbin XI sinfini bitirmiş, 1965-ci ildə
Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsinə daxil
olmuş, 1966-cı ildə iqtisad fakültəsi yeni təşkil edilmiş
Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna verilmiş və 1969-cu ildə
həmin institutun Əmtəəşünaslıq və ticarətin təşkili fakültəsini
Fərqlənmə diplomu ilə bitirmişdir. Gənc mütəxəssis kimi bir
müddət Ticarət Nazirliyi sistemində işləmiş, 1969-cu ilin
oktyabr ayından 1971-ci ilin may ayına kimi Azərbaycan SSR
Dövlət Plan Komitəsi nəzdində Elmi-Tədqiqat İqtisad İnstitutunda
(ETİİ) kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1971-ci ilin may
ayından 1972-ci ilin may ayına kimi hərbi xidmətdə olmuşdur.
1972-1975-ci illərdə əvvəlcə Bakı şəhərində, sonra isə Moskva
şəhərində SSRİ Dövlət Plan Komitəsi yanında İqtisadiyyat
Elmi-Tədqiqat İnstitutunda əyani aspiranturada oxumuş,
"Azərbaycan SSR əhalinin sosial qruplarının həyat səviyyəsinin
yaxşılaşdırılması problemləri (iqtisadi təhlil və planlaşdırma
məsələləri)" mövzusunda namizədlik dissertasiyasını müdafiə
etmiş, iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.
1975-ci ilin noyabrından 1994-cü ilin may ayına kimi Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin ETİİ-də kiçik elmi işçi
vəzifəsindən şö’bə müdiri vəzifəsinədək yüksəlmiş, 1994-cü ilin
may ayından Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi
qanunvericilik şö’bəsində baş məsləhətçi vəzifəsində çalışır.
Bazar iqtisadiyyatının tələblərinə uyğun iqtisadi qanunvericilik
bazasının yaradılmasında fəal iştirak edir.
Əmirxan Babaşov "1976-1990-cı illərdə Azərbaycan SSR-də
məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinin əsas
istiqamətləri" (Bakı, 1978), "2000-ci ilə qədər Azərbaycan
SSR-nin məhsuldar qüvvələrinin inkişafı və yerləşdirilməsi
sxemi" (Bakı, 1982), "1985-2005-ci illərdə Azərbaycan SSR-də
elmi-texniki tərəqqinin Kompleks Proqramı" (Moskva, 1983),
"1991-2010-cu illərdə SSRİ-də elmi-texniki tərəqqinin Kompleks
Proqramı (Regional bölmə)" (Moskva, 1989) fundamental sənədlərin
müəlliflərindən biri olmuşdur.
Ə. Babaşov Bakı, Moskva, Kiyev, Minsk, Tbilisi və digər
şəhərlərdə keçirilən simpozium və konfranslarda elmi məruzələrlə
çıxış etmiş və həmin şəhərlərdə 50-dən çox elmi əsəri çap
olunmuşdur. O, 3 kitabçanın və 20-yə qədər elmi məqalənin
müəllifidir. O, "İqtisadiyyat və həyat" jurnalında və bir çox
kitabların nəşrində elmi redaktor olmuşdur.
Ə. Babaşov elmi və qanunvericilik bazasının yaradılması ilə
yanaşı Neft Akademiyasında, İnşaat Mühəndisləri Universitetində,
Əmtəəşünaslıq-Kommersiya İnstitutunda, Təfəkkür Universitetində
iqtisadçı bakalavr və magistrantlara iqtisad elminin aktual
problemlərindən mühazirə oxuyur, elmi işçi, aspirant və
magistrantlara elmi rəhbərlik edir.
ADİL HÜSEYNOV
Adil
İsa oğlu Hüseynov 1942-ci il oktyabr ayının 16-da Bolnisi
rayonunun Faxralı kəndində anadan olmuşdur. 1949-cu ilin
sentyabrında Faxralı kənd orta məktəbinin 1-ci sinfinə getmiş və
1959-cu ildə həmin orta məktəbi müvəffəqiyyətlə bitirmişdir.
1959-cu ildə Azərbaycan Dövlət Universitetinin
mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Universiteti
1965-ci ildə bitirmiş və işləmək üçün Ali Təhsil Nazirliyinin
tə’yinatı ilə indiki Azərbaycan Elmi-Tədqiqat Neft Layihə
institutunun yeraltı hidrodinamika laboratoriyasına
göndərilmişdir. Bu laboratoriyada 1971-ci ilədək mühəndis
vəzifəsində işləməklə bərabər, Universitetin rə'yi əsasında
1965-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Mexanika və
Riyaziyyat İnstitutunda hidroaerodinamika və qazodinamika
ixtisası üzrə aspiranturaya qəbul olunmuş və oranı 1969-cu ildə
müvəffəqiyyətlə bitirmişdir. 1971-ci ilin mart ayında
fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almaq üçün
indiki BDU-nun mexanika-riyaziyyat fakültəsinin elmi şurasında "Hissə-hissə
bircins məsaməli mühitdə süzülmənin fəza məsələlərinin
hidrodinamika tədqiqi" mövzusunda dissertasiya müdafiə etmişdir.
Adil Hüseynov 1971-1973-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Neft
Layihə institutunda kiçik elmi işçi, 1973-1980-ci illərdə isə
baş elmi işçi vəzifəsində işləmişdir. 1980-ci ildən indiyədək
Azərbaycan Texniki Universitetinin riyaziyyat-2 kafedrasında
dosent vəzifəsində işləyir.
25-dək elmi məqalənin və 2 metodik vəsaitin müəllifidir.
ARİF
BƏDƏLOV
Arif Bayraməli oğlu Bədəlov 1959-cu ildə Bolnisi rayonunun
Faxralı kəndində anadan olmuşdur. 1976-cı ildə Faxralı kənd orta
məktəbini bitirmiş və həmin ildə Azərbaycan Dövlət
Universitetinin kimya fakültəsinə qəbul olmuşdur. 1981-ci ildə
Universiteti bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının
"Bioloji Tədqiqatlar Mərkəzində" əmək fəaliyyətinə başlamışdır.
1983-1985-ci illərdə SSRİ Elmlər Akademiyasının Biokimya
İnstitutunda (Moskva şəhər) tədqiqat işi aparmış, 1985-ci ildə
həmin İnstitutun biokimya ixtisası üzrə məqsədli aspiranturasına
qəbul olmuşdur. 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə
edib kimya elmləri namizədi elmi dərəcəsi almışdır.
Arif Bədəlov müdafiədən sonra bir müddət Azərbaycan Elmlər
Akademiyasında elmi fəaliyyətini davam etdirmiş, sonra isə orta
məktəblərdə kimyadan dərs demişdir. Hal-hazırda orta məktəbdə, "Zəngi"
litseyində kimya müəllimi kimi fəaliyyət göstərir.
Arif Bədəlovun elmi və pedaqoji fəaliyyəti 12 elmi məqalədə öz
əksini tapmışdır.
ASLAN
POLADOV
Aslan Nəbi oğlu Poladov 1939-cu il yanvarın 2-də Borçalı
mahalının Bolnisi rayonunun Faxralı kəndində, kolxozçu ailəsində
anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 11959-1961-ci
illərdə Sovet Ordusunda xidmət etmişdir. Ordudan təxris
olunduqdan sonra, yə’ni 1961-ci ildə indiki BDU-nun
əmtəəşünaslıq fakültəsinə qəbul olunmuş və 1966-cı ildə
Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə
bitirmişdir.
A.Poladov universiteti bitirdikdən sonra əmtəəşünas kimi
Azərbaycan Dəmir Yolu İdarəsində əmək fəaliyyətinə başlamışdır.
Lakin elmə olan həvəsi onu 1967-ci ildə Azərbaycan SSR Dövlət
Plan Komitəsi nəzdində ETİİ-nin aspirantı olmuşdur.
Aspiranturanı bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının
İqtisadiyyat İnstitutuna kiçtk elmi işçi vəzifəsinə dəvət
olunmuşdur.
A. Poladolv 1972-ci ildə "Azərbaycan SSR-də şəxsi yardımçı və ev
təsərrüfatında məşğul olan əmək ehtiyatlarından istifadənin
ictimai-iqtisadi məsələləri" mövzusunda iqtisad elmləri namizədi
alimlik dərəcəsi almaq üçün dissertasiya işini müvəffəqiyyətlə
müdafiə etmiş və 1977-ci ildə həmin institutda baş elmi işçi
vəzifəsinə irəli çəkilmişdir.
Aslan Poladov 1983-cü ildən ömrünün sonuna kimi Azərbaycan
Dövlət Bədən Tərbiysi İnstitutunda dosent vəzifəsində işləmişdir.
Aslan Poladovun elmi və pedaqoji fəalliyyəti bir monoqrafiyada,
50-dən çox elmi məqalələrdə öz əksini tapmışdır.
O, 2001-ci ilin baharında vəfat etmişdir.
DÜNYAMALI
ŞƏRİFOV
Dünyamalı İsa oğlu Şərifov 1957-ci il dekabr ayının 1-də Bolnisi
rayonunun Faxralı kəndində anadan olmuşdur. 1995-ci ildə Faxralı
səkkizillik məktəbinin birinci sinfinə daxil olmuş, 1975-ci ildə
Faxralı orta məktəbini ə’la qiymətlərlə bitirmişdir. 1976-cı
ildə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun
meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinə daxil olmuş, 1981-ci
ildə həmin fakültədə təhsilini fərqlənmə diplomu ilə başa
vurmuşdur . İnstitutun göndərişi ilə 1982-1985-ci illərdə
Moskvada əyani aspiranturaya qəbul olmuş və 1985-ci ildə
Ümumittifaq Tərəvəz Təsərrüfatı İnstitutunda "Tərəvəz
bitkilərinin sənaye texnologiyası ilə becərilməsinin əsasları"
mövzusunda dissertasiya müdafiə etmişdir. 1985-1990-cı illərdə
Respublika Aqrar Sənaye Komitəsinin ET Tərəvəzçilik İnstitutunda
elmi işçi, aparıcı elmi işçi və şö'bə müdiri işləmişdir.
1991-1993-cü illərdə Səhiyyə Nazirliyinin "Farmakologiya və Xalq
Təbabəti" EİB-də şö'bə rəisi vəzifəsində, 1993-1996-cı illərdə "Azəriqaz"
Dövlət Şirkətində baş mütəxəssis kimi işləmişdir. 1997-ci ildən
indiyə qədər Dövlət Neft Şirkətinin Quruda Neft və Qazçıxarma
İstehsalat Birliyinin tabeliyində olan yardımçı təsərrüfat
idarəsinin rəisi vəzifəsində işləyir.
Dünyamalı Şərifovun elmi fəaliyyəti 18 elmi əsərdə öz əksini
tapmışdır. O, bir neçə beynəlxalq və respublika səviyyəli
konfransların iştirakçısı olmuş, elmi məqalələr çap etdirmişdir.
ELDAR
MƏMMƏDOV
Eldar Hüseynqulu oğlu Məmmədov 1949-cu il may ayının 5-də
Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1955-ci ildə
Faxralı orta məktəbinin 1-ci sinfinə getmiş, 1965-ci ildə
ekstern yolu ilə Bakı şəhərinin 190 saylı məktəbini bitirmişdir.
1965-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna (indiki ADNA)
qəbul olmuş, 1969-cu ildə Azərbaycan Xalq Təsərrüfatı
İnstitutunu bitirmişdir. 1969-1991-ci illərdə Azərbaycan Dövlət
Plan Komitəsi nəzdində Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda
kiçik elmi işçi, baş elmi işçi, qrup rəhbəri, bölmə və şö'bə
müdiri vəzifəsində işləmişdir. 1987-ci ildə iqtisad elmləri
namizədi elmi dərəcəsi almaq üçün "Pedaqoji kadrların
hazırlanmasının, planlaşdırılmasının və istifadəsinin
təkmilləşdirilməsi məsələləri" mövzusunda dissertasiya müdafiə
etmişdir.
Eldar Məmmədov "2000-ci ilə qədər Azərbaycan SSR-nin məhsuldar
qüvvələrinin inkişafı və yerləşdirilməsi sxemi" iki cildliyinin
(Bakı 1982), "1985-2005-ci illərdə Azərbaycan SSR-də
elmi-texniki tərəqqinin Kompleks Proqramı (regional bölmə)" (Moskva
1989) və s. Dövlət əhəmiyyətli fundamental elmi-tədqiqatların
müəlliflərindən biri olmuşdur.
Eldar Məmmədov Bakı, Moskva, Kiyev, Minsk, Alma-Ata, Tbilisi,
Yerevan, Riqa şəhərlərində keçirilən simpozium və konfranslarda
elmi mə’ruzələrlə çıxış etmişdir. Azərbaycan, rus, ingilis və
erməni dillərində 80 elmi əsərin (o cümlədən bir kitab)
müəllifidir.
Hal-hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyində idarə rəisinin müavini vəzifəsində
işləyir.
ELXAN
MƏMMƏDLİ
Elxan Hüseynqulu oğlu Məmmədli 1946-cı il yanvar ayının 1-də
Borçalının Bolnisi rayonunun Faxralı kəndində müəllim ailəsində
anadan olmuşdur. 1962-ci ildə Faxralı kənd orta məktəbinin 9-cu
sinfini bitirdikdən sonra ailəliklə Bakı şəhərinə köçmüşlər.
1962-1963-cü dərs ilində Bakıdakı 23 saylı orta məktəbi
bitirmişdir. Həmin illərdə Bakıda bir sıra zavod və fabriklərdə
çalışmışdır. 1965-ci ildə ADU-nun (indiki BDU-nun) filologiya
fakültəsinə daxil olmuş, 1971-ci ildə ali təhsilini uğurla başa
vurmuşdur . Elmi fəaliyyətə "Şair Nəbinin həyat və
yaradıcılığı"na həsr etdiyi diplom işi ilə başlamışdır. 1969-cu
ildən folklorumuzun toplanması və təbliği ilə bağlı geniş
fəaliyyət göstərir. Həmin ildən e’tibarən Azərbaycan radiosunda
fəaliyyət göstərən "Bulaq" verlişinin aparıcı müəlliflərindən
biri kimi tanınmışdır. Yaradıcı ömrünün on ildən çoxunu "Bulağ"a
həsr edən Elxan Məmmədli 80-ci illərin əvvəlindən başlayaraq
Azərbaycan televiziyasında saz-söz sənətkarlarına həsr etdiyi
bir sıra verilişləri ilə də yadda qalmışdır.
1979-cu ildən öz taleyini Nizami adına Ədəbiyyat İnstitutunun
folklor şö'bəsi ilə bağlayan tədqiqatçı-alim bu illər ərzində
bir sıra folklor kitablarının işıq üzü görməsində əlindən gələni
əsirgəməmişdir. Belə ki, iki cilddən ibarət "Azərbaycan aşıqları
və el şairləri" (1984-cü il), "Azərbaycan bayatıları" (1984-cü
il), "Cinaslar" (1985-ci il), "Bayatı, qoşma, təcnis" (1988-ci
il), "Borçalı şair Nəbi" (1991-ci il) kimi kitabların tərtib və
toplanması məhz Elxan Məmmədlinin yorulmaz əməyinin məhsuludur.
Filologiya elmləri namizədi elmi dərəcəsi almaq üçün yazdığı "Təcnis
sənətkarlığı" dissertasiyası nəzəri baxımdan kamil poetika əsəri
kimi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
50-dən çox elmi məqalənin və bir sıra monoqrafiyanın müəllifidir.
1992-ci ildən bu günə kimi Azərbaycan radiosunda "Sarıtel" və "Gözəlləmə"
həftəlik musiqili verilişlərin aparıcısı kimi sazın-sözün
təbliği işində əvəzsiz xidmət göstərir.
Elxan Məmmədov hazırda üç cildlik "Borçalı folkloru" kitabları
üzərində işləyir.
Filologiya elmləri namizədi Elxan Məmmədli doktorluq işini başa
vurmaq üzrədir.
E’TİMAD
AYVAZOV
Etimad Bayram oğlu Ayvazov 1951-ci il martın 14-də Borçalının
Faxralı kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1958-ci
ildə Faxralı orta məktəbinə daxil olmuş və 1968-ci ildə həmin
məktəbi ə’la qiymətlərlə bitirmişdir. 1968-ci ildə Azərbaycan
Politexnik İnstitutunun (indiki ATU-nun) mexanika fakültəsinə
daxil olmuş və oranı bitirdikdən sonra Bakı Məişət
Kondisionerləri Zavodunun Xüsusi Layihə Konstruktor Texnoloji
bürosunda müxtəlif vəzifələrdə çalışmışdır. 1974-cü ildən
həyatını ali məktəblə bağlayıb, yə’ni 4 ilə yaxın Politexnik
İnstitutunda tələbələrin diplom işlərinə rəhbərlik etmişdir.
1978-ci ildən isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda
materiallar müqaviməti fənnindən dərs deməklə yanaşı həm də
həmin institutda əyani aspiranturaya daxil olmuşdur. 1983-cü
ildə isə aspiranturanı bitirərək müdafiə etmiş,
fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.
1983-cü ildən Azərbaycan Təhsil Nazirliyinin göndərişi ilə yenə
həmin Universitetin nəzəri mexanika kafedrasına tə’yinatla
göndərilərək müəllim kimi fəaliyyət göstərmişdir.
İlk dəfə olaraq Etimad Ayvazov tərəfindən latın qrafikalı
şriftlə ali məktəblər üçün "Nəzəri mexanika" fənni üzrə yüksək
tirajlı dərslik yazılmışdır. Etimad Ayvazov 100-ə qədər elmi
məqalənin, o cümlədən ali məktəb tələbələri və aspirantlar üçün
6 elmi metodik əsərin müəllifidir. Hazırda Etimad Ayvazov İnşaat
Mühəndisləri Universitetinin nəzəri mexanika kafedrasında dosent
vəzifəsində çalışmaqla yanaşı, həm də Azərbaycan Respublikası
Dövlət Əmlak Nazirliyində şö'bə rəisi vəzifəsində işləyir.
BAHƏDDİN NƏBİYEV
Bahəddin
Alı oğlu Nəbiyev 1948-ci ildə Bolnisi rayonunun Faxralı kəndində
anadan olmuşdur. O, 1955-ci ildə Faxralı orta məktəbinin birinci
sinfinə getmiş və 1966-cı ildə həmin məktəbi bitirmişdir.
Bahəddin Nəbiyev 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin
(indiki BDU-nun) Kimya fakültəsinə daxil olmuş və 1972-ci ildə
həmin Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Bahəddin
Nəbiyev bir il Əli Bayramlı şəhərində 5 saylı orta məktəbdə
kimya müəllimi işləmişdir. O, 1972-ci ildə Azərbaycan
Respublikası EA Qeyri Üzvi və Fiziki Kimya İnstitutunda
aspiranturaya daxil olmuş və keçmiş SSRİ-nin N.D.Zelinski adına
Üzvi Kimya İnstitutuna (Moskva şəhəri) elmi e’zamiyyətə
göndərilmişdir. Bahəddin Nəbiyev 1976-cı ildə həmin İnstitutda
namizədlik dissertasiyası müdafiə etmiş və kimya elmləri
namizədi elmi dərəcəsi almışdır. Bahəddin Nəbiyev 1976-1978-ci
illərdə Azərbaycan Respublikası EA Qeyri-Üzvi və Fiziki Kimya
İnstitutunda mühəndis və kiçik elmi işçi vəzifəsində işləmişdir.
O, 1978-ci ildən indiki Azərbaycan Dövlət Kənd Təsərrüfatı
Akademiyasının kimya kafedrasında dosent vəzifəsində işləyir.
Bahəddin Nəbiyev 50-dən çox elmi və elmi metodik məqalələrin və
dərs vəsaitinin müəllifidir. Ali məktəblərə daxil olanlar üçün
çox faydalı olan "Kimya" dərsliyini nəşr etdirmişdir.
Bahədddin Nəbiyev 10-dan çox ittifaq və respublika səviyyəli
konfranslarda çıxış edib materiallar çap etdirmişdir.
HƏSƏNƏLİ
ƏLİZADƏ
Həsənəli Əli oğlu Əlizadə 1922-ci ildə Borçalı mahalının Bolus
nümayəndəliyinin Faxralı kəndində anadan olmuşdur. 1931-ci ildə
Faxralı orta məktəbinin 1 sinfinə getmiş, 1941-ci ildə həmin
məktəbi bitirmişdir. 1941-ci ildə hərbi xidmətə çağırılmış,
1942-ci ildə cəbhədə yaralanıb və həmin ilin sonunda ordudan
tərxis olunmuşdur. 1943-1945-ci illərdə kolxozda mühasib
işləmişdir. 1945-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna
daxil olmuş, 1949-cu ildə həmin institutu bitirmişdir.
1949-1950-ci illərdə Mərkəzi Statistika İdarəsinin Tovuz rayon
şö’bəsində müfəttiş, 1950-1952-ci illərdə mühasib, 1952-1955-ci
illərdə Gəncə vilayət maliyyə şö’bəsində vergi üzrə baş müfəttiş
vəzifələrində çalışmışdır. 1955-ci ildən ömrünün sonunadək
Azərbaycan kənd təsərrüfatı Akademiyasının mühasibat uçotu və
statistika kafedrasında dosent vəzifəsində çalışmışdır. 1971-ci
ildə namizədlik dissertasiyasını müdafiə etmiş və iqtisad
elmləri namizədi elmi dərəcəsi almışdır. 40-dan çox elmi,
elmi-metodik göstərişin müəllifidir. Bir neçə dəfə keçmiş
ittifaq və respublika konfranslarının iştirakçısı olmuş,
məqalələr çap etdirmişdir.
XƏLƏDDİN
ƏHMƏDOV
Xələddin Əmir oğlu Əhmədov 1941-ci il fevralın 1-də Bolnisi
rayonunun Faxralı kəndində anadan olmuşdur. Xələddin Əhmədov
1947-ci ildə Cəfərli ibtidai məktəbinin 1-ci sinfinə daxil olmuş,
1951-ci ildə həmin məktəbin 4-cü sinfini ə’la qiymətlərlə başa
vurmuş, Qoçulu kənd 8 illik məktəbinin 5-ci sinfinə daxil
olmuşdur. Həmin məktəbi də ə’la qiymətlərlə bitirdikdən sonra
1955-ci ildə Bolnisi rayonunun Arıxlı orta məktəbinin 9-cu
sinfinə daxil olmuşdur. Orta məktəbi 1958-ci ildə qızıl medalla
bitirmiş, Azərbaycan Politexnik İnstitutunun mexanika
fakültəsinə daxil olmuşdur. 1963-cü ildə institutu
müvəffəqiyyətlə bitirmişdir. Həmin il göndərişlə Bakının
leytenant Şmidt adına (indiki Səttarxan adına) neft maşınqayırma
zavodunda mühəndis-konstruktor vəzifəsində əmək fəaliyyətinə
başlamışdır. 1963-1965-ci illərdə hərbi xidmətdə olmuşdur.
Ordudan tərxis olunduqdan sonra (1965-1966-cı illərdə) öz
əvvəlki iş yerinə qayıtmışdır.
Elmə və texnikaya olan həvəsi 1966-cı ildə onu vaxtilə təhsil
aldığı Azərbaycan Politexnik İnstitutunun maşınqayırma
texnologiyası kafedrasına gətirmişdir. Burada o, pedaqoji
fəaliyyətlə yanaşı elmi işlə də məşğul olmuşdur. 1971-ci ildə
keçmiş SSRİ-nin ən qabaqcıl texniki ali təhsil ocağı olan N.E.
Bauman adına Moskva Ali Texniki məktəbində əyani aspiranturanı
bitirmiş, namizədlik dissertasiyası müdafiə edərək texnika
elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
Ələddin Əhmədov Azərbaycanda maşın detallarının e’malı zamanı
yaranan daxili gərginlikləri ətraflı tədqiqat edən ilk
mütəxəssisdir. Elmi-texniki jurnallarda çap olunmuş 10-dan çox
elmi məqalənin və tədris metodik vəsaitinin müəllifidir.
Xələddin Əhmədov 1988-ci ildə T.Q. Şevçenko adına Kiyev Dövlət
Universitetin nəzdində 10 aylıq xüsusi xarici dillər kurslarının
fransız dili şö’bəsini müvəffəqiyyətlə bitirmiş, 1989-1992-ci
illərdə Əcəzair Xalq Demokratik Respublikasının Beşar Texniki
Universitetində müəllim işləmişdir. Hazırda o, Azərbaycan
Texniki Universitetinin maşınqayırma fakültəsinin metalkəsən
dəzgahlar və alətlər kafedrasının dosentidir.
İBRAHİM
ƏLİZADƏ
İbrahim İlyas oğlu Əlizadə 1956-cı ildə Bolnisi rayonunun
Faxralı kəndində anadan olmuş, 1973-cü ildə Faxralı kənd orta
məktəbini bitirmişdir. Orta məktəbdə oxuduğu zaman fizikaya olan
həvəsi onu Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə
gətirmiş və 1978-ci ildə həmin fakültəni müvəffəqiyyətlə
bitirmişdir. Ağsu rayonunun İlxıçı kənd orta məktəbində bir il
müəllim işlədikdən sonra, 1980-cı ildə "Azon" zavodunun xüsusi
konstruktor bürosuna mühəndis-konstruktor vəzifəsinə işə
düzəlmişdir. 1982-ci ildən Azərbaycan İnşaat Mühəndisləri
İnstitutunun fizika kafedrasında baş laborant vəzifəsində işə
başlamış və 1983-cü ildə "Bərk cisimlər fizikası" ixtisası üzrə
əyani aspiranturaya daxil olmuşdur. 1984-cü ildən
aspiranturadakı təhsilini Moskva Fizika Mühəndisləri
İnstitutunda (MFMİ) məqsədli aspirant kimi davam etdirmişdir.
1986-cı ildə MFMİ-də fəaliyyət göstərən ixtisaslaşdırılmış elmi
şurada vaxtından əvvəl namizədlik dissertasiyası müdafiə etmiş,
fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.
1991-ci ildən AzİMU-nun fizika kafedrasında baş elmi işçi
vəzifəsində işləmişdir. İbrahim Əlizadənin aldığı elmi nəticələr
respublikamızın və ABŞ, İtaliya, Türkiyə kimi ölkələrin elmi
jurnal və toplularında çap olunmuşdur. İbrahim Əlizadə 1987-ci
ildən AzİMU-nun "Fizika" kafedrasında əvvəlcə baş laborant,
sonradan isə assistent işləmişdir. O, "Fizika" fənnindən
laboratoriya dərslərində tədris-metodiki vəsaitinin
müəlliflərindən biridir. 1991-ci ildə "Fizika", "Abituriyentlər
üçün vəsait" kitabını çap etdirmişdir. 1996-cı ildə "Fizika, Ali
məktəblərə daxil olmaq istəyənlər üçün testlər" kitabçasını çap
etdirmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrifi
ilə Əcnəbi vətəndaşların hazırlıq fakültələri üçün "Fizika"
fənni proqramının müəllifidir. 1993-1997-ci illərdə AzİMU-nun "Ümumi
texniki fənlər" (sonralar "Ümumi hazırlıq fənləri") kafedrasının
müdiri vəzifəsində işləmiş, 1995-ci ildən dosentdir.
1996-1999-cu illərdə eyni zamanda AzİMU-nun nəzdində fəaliyyət
göstərən fizika-riyaziyyat təmayüllü litseyin direktor müavini
vəzifəsində çalışmışdır. 1997-ci ildən indiyə qədər fizika
kafedrasında dosent, kafedra müdirinin müavini vəzifəsində
işləyir. O, 50-yə qədər elmi məqalənin, dərs vəsaitinin və
metodik göstərişin müəllifidir.
İSA
BABAŞOV
İsa Səməd oğlu Babaşov 1939-cu il avqust ayının 1-də Bolnisi
rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1958-ci ildə
Faxralı orta məktəbini bitirdikdən sonra AzPİ-nin mexanika
fakültəsinə daxil olmuşdur. 1963-cü ildə həmin institutu
fərqlənmə diplomu ilə bitirmişdir. 1964-1965-ci illərdə orduda
xidmət etmiş, tərxis olunduqdan sonra Azərbaycan Politexnik
İnstitutunun metallurgiya kafedrasında müəllim işləmişdir.
1968-1971-ci illərdə Moskva Polad və Ərintilər İnstitutunda
aspiranturada oxumuş və "Dəmir-kükürd sisteminin
təzyiq-temperatur-tərkib
koordinatlarındakı diaqramının tədqiqi" mövzusunda namizədlik
dissertasiyasını müdafiə etmişdir. Sonra Azərbaycan Politexnik
İnstitutunda müəllimlik fəaliyyətini davam etdirmişdir.
1973-cü ildə İsa Babaşov Moskva şəhərində yerləşən "Vsesoyuznıy
Nauçno-İssledovatelskiy İnstitut Neorqoaniçeskix Materialov (VNİİNM)"
institutuna işə də’vət olunmuş və həmin institutda 1985-ci ilin
sentyabr ayına qədər baş elmi işçi və elmi qrupun rəhbəri
vəzifəsində çalışmışdır. Sonrakı illərdə pedaqoji və elmi
fəaliyyətini Azərbaycan Politexnik İnstitutunda və "Azərelektromaş"
Elmi-İstehsalat Birliyinin Azərbaycan Elmi-Tədqiqat
Elektrotexnika İnstitutunda davam etdirmişdir. İsa Babaşov 40
elmi əsərin müəllifidir. Elmi-tədqiqat işlərinin nəticələri
haqqında Moskva, Leninqrad, Sverdlovsk və Bakı şəhərində
keçirilən elmi konfranslarda çıxış etmişdir. Onun məqalələri
Moskvada Bakıda çıxan jurnal və məcmuələrdə nəşr olunmuşdur. İsa
Babaşov öz tədqiqatlarında metallurji proseslərin nəzəri və
praktiki məsələlərin həllinə, riyazi üsulların elmi-tədqiqat
işlərində tətbiq olunmasına geniş yer vermişdir. O, "Riyazi
üsulların elmi-tədqiqat işlərinə tətbiqi" adlı kitabın
müəlliflərindən biridir.
İSA
XƏLİLOV
İsa Əli oğlu Xəlilov 1961-ci il may ayının 2-də Bolnisi
rayonunun Faxralı kəndində ziyalı ailəsində anadan olmuşdur.
1968-1978-ci illərdə Faxralı kəndində orta təhsil almışdır.
1978-ci ildə məktəbi ə’la qiymətlərlə başa vurub elə həmin ildə
də Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki
Universitetinin) maşınqayırma fakültəsinə daxil olmuşdur.
1983-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi onun
qaydadankənar (iki il tə’yinat üzrə işləmədən) aspiranturaya
sənəd verməsi haqqında sərəncam vermişdir. 1984-cü ildə İsa
Xəlilov aspiranturaya daxil olmuş, 1990-cı ildə "Dişli
muftaların sistemli ehtimal hesabı alqoritminin yaradılması"
mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, texnika
elmləri namizədi elmi dərəcəsi almışdır. 30-dan çox elmi əsərin
müəllifidir. Əsərləri Azərbaycanda, Rusiyada, Türkiyədə,
Almaniya Federativ Respublikasında nəşr edilmişdir. 4
elmi-metodik məcmuənin, 1 dərsliyin və 2 texniki lüğət kitabının
müəllifidir. "Makine elemanları sözlüyü" adlı
rusca-azərbaycanca-türkcə-ingiliscə texniki lüğət kitabı
Türkiyədə nəşr edilmişdir. "Elevatorların layihələndirilməsi"
adlı dərs vəsaiti bu sahədə azərbaycanca yazılmış ilk kitabdır.
Azərbaycanda ilk dəfə olaraq "Maşınların yaradılmasının texniki
əsasları" fənni üzrə mühazirələrin müəllifidir.
1987-1991-ci illərdə Azərbaycan Texniki Universitetinin "Maşın
detalları və YQNM" kafedrasında assistent, 1991-ci ildən bu günə
kimi isə dosent vəzifəsində çalışır. Bununla yanaşı 1990-1992-ci
illərdə həmin universitetin "Robot texnikası" fakültəsində
tədris işləri üzrə, 1993-1998-ci illərdə isə elmi işlər üzrə
dekan müavini vəzifəsində çalışmışdır.
O, 1988-ci ildə Moskvada Bauman adına Ali Texnika Məktəbdə
ixtisasartırma kursu keçmişdir. 1992-ci ildə Almaniya Federativ
Respublikasının Akademik Mübadilələr İdarəsi İsa Xəlilovun elmi
fəaliyyətini nəzərə alıb onu bir illik Boxum şəhərinin Ruhr
Universitetinə elmi işə dəvət etmişdir. O, burada tamamilə yeni
bir prinsiplə işləyən yumruqlu mexaniki ötürmənin kinematik
hesabı alqoritmini tərtib etmişdir. 1998-ci ildə AFR Akademik
Mübadilələr İdarəsi yenidən İsa Xəlilovu Almaniyanın Karlsrue
Universitetinə elmi işə dəvət etmişdir.
İsa Xəlilov 1996-1997-ci illərdə AFR-nın 80 illik tarixi olan,
bütün dünyada texniki-iqtisadi kadr mübadilələri aparan məşhur
Karl Düysberq cəmiyyətinin dəvəti ilə yenidən Almaniyada
olmuşdur.
İsa Xəlilov hal-hazırda Daymler Kraysler AC-nin Azərbaycan
təmsilçiliyində satış şö’bəsinin müdiri vəzifəsində çalışır.
KƏRİM
KƏRİMOV
Kərim Məmmədəli oğlu Kərimov 1929-cu ildə Borçalı mahalının
Çürük Qəmərli nümayəndəliyinin (Bolnisi rayonu) Faxralı kəndində
anadan olmuşdur. 1937-ci ildə Faxralı kənd orta məktəbinin
birinci sinfinə getmiş və 1948-ci ildə həmin məktəbi
bitirmişdir.
1949-cu ildə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı
İnstitutunun zootexnik fakültəsinə daxil olmuş, 1954-cü ildə
həmin fakültəni bitirib zootexnik ixtisasına yiyələnmişdir.
1955-ci ildə Faxralı kəndinə qayıtmış və "Qələbə" kolxozunun baş
zootexniki vəzifəsini icra etmişdir.
1967-ci
ildə
Kərim
Kərimov
həmin
kolxozun
partiya
təşkilatının
katibi
işləmişdir.
1968-ci ildən 1973-cü ilədək həmin kolxozun sədri olmuşdur.
Kərim Kərimov əmək fəaliyyəti ilə yanaşı, eyni zamanda elmi işlə
də məşğul olmuşdur. 1968-1973-cü illərdə Azərbaycan
Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda qiyabi aspiranturada
oxumuşdur. 1974-cü ildə namizədlik dissertasiyası müdafiə edib
kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almışdır.
Kərim Kərimovun elmi və əmək fəaliyyəti 5 elmi əsərdə və 10-a
yaxın elmi-praktiki məqalədə öz əksini tapmışdır. O, əməkdə
qazandığı nailiyyətə görə "Qırmızı Əmək Bayrağı" ordeni və bir
neçə əmək rəşadəti medalları ilə təltif olunmuşdur.
Kərim Kərimov öz doğma elində səxavətli və xeyirxah eloğlu kimi
də ad-san qazanmışdır. 1970-ci illərin əvvələrində kəndə ətraf
bölgədən içməli su çəkdirmişdir.
O, indi təqaüddədir.
QULU
BƏDƏLOV
Qulu Əhməd oğlu Bədəlov 1939-cu il avqust ayının 15-də Bolnisi
rayonunun Faxralı kəndində anadan olmuşdur. 1957-ci ildə Faxralı
orta məktəbini medalla, 1962-ci ildə Azərbaycan Dövlət
Universitetinin iqtisad fakültəsini ə’la qiymətlərlə bitirmişdir.
1963-1965-ci illərdə Elmi Tədqiqat Kənd Təsərrüfatı
İqtisadiyyatı İnstitutunda elmi işçi, 1965-1969-cu illərdə
Dövlət Statistika Komitəsində şö'bə rəisi, 1970-1982-ci illərdə
Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik və baş
elmi işçi vəzifələrində işləmişdir.
1973-cü ildə dissertasiya müdafiə edib iqtisad elmləri namizədi
elmi dərəcəsi almışdır.
1982-ci ildən Azərbaycan Politexnik İnstitutunun (Texniki
Universitet) siyasi iqtisad (iqtisadi nəzəriyyə) kafedrasında
dosent vəzifəsində işləmiş, 90-cı illərin əvvəllərindən isə
həmin kafedraya rəhbərlik etmişdir.
80-dən çox elmi əsərin, o cümlədən bir çox monoqrafiya və
kitabçanın, dərs vəsaitlərinin və tədris metodiki işlərin
müəllifidir. Ümumi iqtisadi nəzəriyyə dərsliyinin
müəlliflərindən biridir. 10-dan çox namizədlik dissertasiyasının
rəsmi opponenti olmuş, çox sayda avtoreferata rə’y vermişdir.
Bir çox respublika səviyyəli, eləcə də respublikadan kənar
elmi-praktik konfranslarda mə’ruzələrlə çıxış etmişdir. Uzun
müddət Respublika Təhsil Nazirliyinin elmi-metodik şurasının
"İqtisadiyyat və idarəetmə" bölməsinin üzvü olaraq dərslik və
dərs vəsaitlərinə, tədris proqramlarına rə’y verilməsində
yaxından iştirak etmişdir.
Qulu Bədəlov hal-hazırda Azərbaycan Texniki Universitetinin
iqtisadi nəzəriyyə kafedrasının müdiri vəzifəsində elmi-pedaqoji
fəaliyyətini davam etdirir.
QURBAN
QASIMOV
Qurban Rəhim oğlu Qasımov 1946-cı il dekabrın 28-də Bolnisi
rayonunun Faxralı kəndində anadan olmuşdur. 1962-ci ildə Faxralı
orta məktəbini qızıl medalla, 1967-ci ildə Azərbaycan Dövlət
Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə
diplomu ilə bitirmiş, aspiranturaya daxil olmuşdur. 1968-1969-cu
illərdə orduda xidmət etmişdir. 1970-ci ildən ADU-nun (indiki
BDU-nun) fizika fakültəsinin riyaziyyat kafedrasında müəllim,
baş müəllim, dosent vəzifəsində çalışmışdır. 1997-1999-cu
illərdə Liviya Ərəb Respublikasında Nasır adına Universitetin
riyaziyyat bölməsində riyazi-fizika üsullarını, kompleks analiz,
diferensial tənliklər nəzəriyyəsinə aid xüsusi kursları ərəb
dilində tədris etmişdir.
1973-cü ildə Moskva Dövlət Universitetində namizədlik
dissertasiya müdafiə etmiş, elmi dərəcə almışdır. Elmi işləri
qeyri-xətti hiperbolik və parabolik tənliklər üçün korrektlik,
approksimasiya həyəcanlanma məsələlərinə aid olub, 20-dən çox
məqalə çap etdirmişdir. Qurban Qasımovun aspirantura dövründən
indiyə qədər elmi nəzəri məqalə və materialları keçmiş Sovetlər
birliyinin elmi mərkəzlərində və respublikanın elm ocaqlarında
keçirilmiş konfransların bülleten və jurnallarında çap
edilmişdir.
MAHAL
QURBANOV
Mahal Şaban oğlu Qurbanov 1957-ci il fevralın 16-da Bolnisi
rayonunun Faxralı kəndində anadan olmuşdur. 1964-cü ildə Faxralı
orta məktəbinin I sinfinə getmiş, 1974-cü ildə həmin məktəbi
bitirmişdir. Orta məktəbi bitirən kimi Azərbaycan Dövlət
Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və
1979-cu ildə Universiteti bitirmişdir. Həmin ildən Marneuli
şəhər 70 saylı texniki peşə məktəbində müəllimlik fəaliyyətinə
başlamış və eyni zamanda Marneuli şəhər orta məktəblərində də
dərs demişdir. 1984-cü ildə istehsalatdan ayrılmadan Azərbaycan
ETPEİ-nin aspiranturasına daxil olmuş, 1987-ci ildə Tbilisi
Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə edib
pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır. Hal-hazırda
doktorluq dissertasiyasını yekunlaşdırmaq üzrədir.
1989-cu ildə Gəncə şəhərinə köçmüş, Gəncə şəhər 30 saylı orta
məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdir. 1990-cı
ildə müsabiqə yolu ilə H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji
İnstitutunun Ümumi texniki fənlər kafedrasına müəllim tə’yin
olunmuşdur. Sonra dosent vəzifəsinə seçilmişdir. 1998-ci ildən
H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun tərbiyə
işləri üzrə prorektoru vəzifəsində çalışır.
Mahal Qurbanovun elmi və pedaqoji fəaliyyəti 15 elmi əsərdə öz
əksini tapmışdır. O, bir sıra respublika səviyyəli elmi
konfranslarda iştirak etmiş, məqalələr çap etdirmişdir.
MƏMMƏD İBRAHİMOV
Məmməd Məmmədəli oğlu İbrahimov 1948-ci il aprel ayının 15-də
Faxralı kəndində fəhlə ailəsində anadan olmuşdur. Orta təhsilini
əvvəlcə Faxralı məktəbində, 1959-cu ildən isə Marneuli şəhər
interant məktəbində almış və 1966-cı ildə orta məktəbi
bitirmişdir.
1967-ci ildən Sumqayıtda Boru yayma zavodunda çilingər işləmiş,
1971-1973-cü illərdə əsgəri xidmətdə olmuşdur. 1975-ci ildən
zavodun göndərişi ilə Dnepropetrovsk şəhərində Metallurgiya
institutunda oxumuş və 1980-ci ildə fərqlənmə diplomu ilə
bitirmişdir.
Həmin il aspiranturaya daxil olmuş və 1986-cı ildə "Metalların
təzyiq altında e’malı" ixtisası üzrə namizədlik dissertasiyası
müdafiə etmişdir. 1986-cı ilin iyun ayından zavoda qayıtmışdır.
Boru yayma zavodunun (indi "Azərboru" SC) texniki şö’bəsinin
rəisi - baş mühəndisin müavini vəzifəsində çalışır.
Məmməd İbrahimov 8 ixtira və 30-dan çox elmi məqalənin
müəllifidir. Dəfələrlə diplom müdafiəsi komissiyasının sədri
olmuşdur. 4 nəfər dissertanta rəhbərlik etmişdir.
Məmməd İbrahimovun elmi və praktiki fəaliyyəti 15 elmi-praktiki
əsərdə öz əksini tapmışdır. O, 10 ittifaq və respublika
səviyyəli konfranslarda iştirak etmiş, materiallar çap
etdirmişdir.
MƏMMƏD
MƏMMƏDOV
Məmməd İsrafil oğlu Məmmədov 1930-cu ildə Borçalı mahalının
Bolus nümayəndəliyinin Faxralı kəndində anadan olmuşdur. 1947-ci
ildə Faxralı orta məktəbini bitirmişdir. 1954-cü ildə ADU-nun (indiki
BDU-nun) jurnalistika şö’bəsini fərqlənmə diplomu ilə bitirmiş
və tə’yinatla "Sovet kəndi" qəzeti redaksiyasına göndərilmişdir.
Uzun müddət həmin qəzetdə rəhbər vəzifədə işləmişdir. Fəal
təbliğatçılıq fəaliyyətinə görə Azərbaycan Respublikası Ali
Sovetinin fəxri fərmanı ilə təltif edilmiş, Azərbaycan
Respublikasının "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq
görülmüşdür. Elmi-tədqiqat işi ilə məşğul olmuş, 1972-ci ildə "Azərbaycan
kolxozçusu" qəzeti Azərbaycan kəndinin yenidən qurulması uğrunda
mübarizədə" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri
namizədi elmi dərəcəsi almışdır. 1978-ci ildən Texniki
Universitetdə tarix kafedrasında müəllim işləmiş, BDU-nun
mətbuat tarixi kafedrasında diplom rəhbəri kimi müntəzəm
fəaliyyət göstərmişdir. Respublika mətbuatında elmi-publisistik
yazılarla çıxış etmişdir. Çoxsaylı elmi-publisistik yazıların
müəllifidir. Məmməd Məmmədovun elmi və pedaqoji fəaliyyəti 2
monoqrafiya və 20-ə yaxın elmi məqalədə əks olunmuşdur.
1994-cü ildə Bakıda vəfat etmişdir.
MİNAYƏ
NƏBİYEVA
Minayə Yolçu qızı Nəbiyeva 1953-cü ildə Bolnisi rayonunun
Faxralı kəndində anadan olmuşdur. 1960-cı ildə birinci sinfə
getmiş, 1970-ci ildə isə orta məktəbi bitirmişdir. Həmin ildə
Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki ADTU-nun)
sanitariya-gigiyena fakültəsinə daxil olmuşdur. 1976-cı ildə ali
təhsilini başa vurduqdan sonra 1976-1980-ci illərdə tə’yinatla
Xanlar rayon Sanitar Epidemioloji Stansiyasında
həkim-epidemioloq kimi fəaliyyət göstərmişdir. 1980-cı ildə o,
müsabiqədən keçərək ATİ-nun (indiki ADTU-nun) əmək gigiyenası və
peşə xəstəlikləri kafedrasına assistent vəzifəsinə seçilmişdir.
1994-cü ildə "İri sənaye şəhərinin atmosfer çirklənməsinin
məktəbəqədər yaşlı uşaqların sağlamlığı vəziyyətinə və
immunoloji göstəricilərinə tə’siri" mövzusunda namizədlik
dissertasiyası müdafiə etmişdir.
Minayə Nəbiyevanın elmi fəaliyyəti 25 elmi məqalədə və 2 elmi
metodik tövsiyədə öz əksini tapmışdır. Hal-hazırda uşaq və
yeniyetmələr gigiyenası və əmək gigiyenası kafedrasında baş
müəllim vəzifəsində işləyir.
MƏHƏMMƏDƏLİ
BABAŞOV
Məhəmmədəli Allahverdi oğlu Babaşov 1959-cu il avqustun 6-da
Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1966-1976-cı
illərdə Faxralı kənd orta məktəbində təhsil almışdır. 1976-cı
ildə Azərbaycan Dövlət Universiteti şərqşünaslıq fakültəsinin
ərəb filologiyası şö’bəsinə daxil olmuşdur. 1980-ci ildə IV
kursdan sonra Yəmən Xalq Demokratik Respublikasına ərəb dili
tərcüməçisi kimi e’zam olunmuşdur. 1980-1983-cü illərdə Yəmənin
paytaxtı Ədən şəhərində tərcüməçi işləmişdir.
1983-cü ildə Yəməndən geri döndükdən sonra yenidən Universitetin
V kursunda təhsilini davam etdirmişdir. 1984-cü ildə
Universiteti bitirmiş və keçmiş SSRİ-nin Müdafiə Nazirliyinin
xəttilə hərbi xidmət keçmək məqsədilə hərbi tərcüməçi olaraq
Əlcəzairə göndərilmişdir. 1984-1986-cı illər ərzində Batna Ali
Ümumqoşun hərbi məktəbində tərcüməçi və Biskra hərbi desant
qüvvələri məktəbində baş tərcüməçi vəzifəsində xidmət etmişdir.
1987-ci ilin yanvar ayında baş leytenant rütbəsində ordudan
tərxis olunmuşdur.
1987-ci ildə Azərbaycana dönərək "Bizim həyat" qəzetində
tərcüməçi-müxbir vəzifəsində çalışmışdır. 1989-cu ildə SSRİ
Jurnalistlər birliyinin üzvlüyünə qəbul olunmuşdur.
1989-cu ilin noyabr ayından e’tibarən Azərbaycan Respublikası
Elmlər Akademiyası Əlyazmalar İnstitutunda baş laborant
vəzifəsinə işə qəbul edilmişdir. 1994-cü ilin oktyabr ayına
qədər həmin institutun "Ərəbdilli yazılı abidələr" şö’bəsində
kiçik elmi işçi vəzifəsində elmi fəaliyyətini davam etdirmişdir.
1992-ci ilin sentyabr ayından 1995-ci ilin mart ayına qədər
Türkiyənin xeyriyyəçi-maarifpərvər "Çağ" öyrətim işlətmələri
şirkətinin Azərbaycan təmsilçisi olaraq fəaliyyət göstərmişdir.
1994-cü ilin oktyabr ayından "Qafqaz" Universitetinin xarici
əlaqələr üzrə prorektoru vəzifəsində işləmişdir. Həmin dövrdən
e’tibarən Universitetin dosenti, ilahiyyət fakültəsinin dekanı
vəzifəsində çalışmışdır. Hal-hazırda həmin universitetin Dil
tədrisi mərkəzinin müdiri və elm, tədris və xarici əlaqələr üzrə
rektorun müşaviri vəzifəsində çalışmaqdadır.
1993-cü ildə Azərbaycan Respublikası EA Əlyazmaları İnstitutun
dissertantı kimi başladığı "Şafii məzhəbi tərixində Yusif
Ərdəbili və onun "əl-Ənvar li-’əməlil-əbrar" əsəri adlı tədqiqat
işini tamamlamış və 20 iyun 1997-ci ildə ilahiyyat elmləri
namizədi elmi dərəcəsi almaq üçün dissertasiyasını müdafiə
etmişdir. İslamşünaslığa dair 2 kitabın tərcüməçisi, 16 elmi
əsərin müəllifi və 2 kitabın elmi redaktoru olmuşdur.
MÜRSƏL
BUDAQOV
Mürsəl Qərib oğlu Budaqov 1920-ci ildə Bolnisi rayonundakı
Faxralı kəndində kəndli ailəsində anadan olmuşdur. Doğma
kəndində natamam orta təhsil aldıqdan sonra, Borçalı Türk
Pedaqoji məktəbinə daxil olmuş və 1940-cı ildə həmin məktəbi
bitirmiş və cəmi bir il Faxralı kəndindəki Şahbuz ibtidai
məktəbində müəllim işləmişdir.
1941-ci ildə müharibəyə səfərbər olunmuşdur. 1943-cü ilin
aprelində müharibə əlili kimi ordudan tərxis olunmuşdur. M.
Budaqov I və II dərəcəli Böyük Vətən Müharibəsi ordenləri və
başqa medallarla təltif olunmuşdur.
Ordudan tərxis edildikdən sonra üç ilə yaxın kənd məktəbində
müəllim işləmiş və 1946-cı ildə Azərbaycan Dövlət Universitetinə
qəbul olunmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Universitetini
müvəffəqiyyətlə bitirib "marksizm-leninizm və marksist-leninçi
fəlsəfə" müəllimi ixtisası üzrə diplom almışdır.
M. Budaqov 1951-ci ilin iyulundan 1952-ci ilədək Azərbaycan
Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutunda kiçik elmi
işçi, 1952-ci ildən 1955-ci ilədək "Stalin adına Azərbaycan
partiya təşkilatı muzeyində" (sonra V.İ. Lenin adına Mərkəzi
Muzeyin Bakı filialı adlandırılmışdır) mühazirəçi işləmişdir.
1963-cü ildən M. Budaqov öz taleyini ali məktəblə - Azərbaycan
Pedaqoji Xarici Dillər İnstitutu ilə bağlamışdır. O, ömrünün
axırınadək 30 il institutun fəlsəfə kafedrasında baş müəllim,
dosent vəzifələrində işləmişdir.
1973-cü ildə dissertasiya müdafiə edərək fəlsəfə elmləri
namizədi elmi dərəcəsi almış, 1976-cı ildə isə dosent
seçilmişdir.
M. Budaqov tədris işini elmi işlə üzvi surətdə əlaqələndirərək
insan şəxsiyyətinin formalaşmasına dair onlarca elmi məqalə dərc
etdirmiş, metodiki vəsaitlər yazmışdır.
M. Budaqov 1994-cü ildə vəfat etmişdir.
NADİR
QURBANOV
Nadir İsa oğlu Qurbanov 1940-cı ildə Bolnisi rayonunun Faxralı
kəndində anadan olmuşdur. 1957-ci ildə orta məktəbi bitirmişdir.
1962-ci ildə hərbi hissədən tərxis olunduqdan sonra 1963-cü ildə
Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil
olmuş və 1968-ci ildə həmin fakültəni bitirmişdir.
1974-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının
Zoologiya İnstitutunda aspiranturaya daxil olmuşdur. 1983-cü
ildə Moskva şəhərində "Azərbaycanda Qazkimillərin ekologiyası"
mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Onun 8
elmi əsəri çap olunmuşdur. 1969-1971-ci illərdə Xaçmaz rayonunun
Aşağı-Zeid kəndində müəllim işləmişdir. 1971-ci ildə Qabaqcıl
Maarif xadimi adına layiq görülmüşdür.
1971-ci ildə Azərbaycan respublikası müəllimləri təkmilləşdirmə
institutunda metodist vəzifəsində işləmişdir. 1995-ci ildən
Səbail Rayon Təhsil şö’bəsində metodist vəzifəsində işləyir
PƏNAH
MAHMUDOV
Pənah Hüseyn oğlu Mahmudov 1919-cu ildə Borçalı mahalının Bolus
nümayəndəliyinin (Bolnisi) Faxralı kəndində anadan olmuşdur. İlk
təhsilini 1927-ci ildə Faxralı yeddiillik məktəbində almışdır.
1934-cü ildə məktəbi bitirib Borçalı Türk Pedaqoji Texnikumuna
daxil olmuşdur. Texnikumu 1937-ci ildə bitirib müəllimliyə
başlamışdır. Borçalının Baydar, Qasımlı, Aşağı Saral kənd
məktəblərində dərs hissə müdiri, məktəb direktoru vəzifələrində
çalışmışdır.
1944-cü ildə rayonun partiya komitəsinə işə qəbul olunan gənc
Pənah Mahmudov 1947-ci ildə Tiflisdəki ikiillik partiya
məktəbinə göndərilmişdir. Partiya məktəbini bitirdikdən sonra o,
1949-cu ildə Marneuli rayonunun maarif şö’bəsinə müdir tə’yin
edilmişdir.
1951-ci ildə ali təhsil almaq məqsədilə Bakıya gələn Pənah
Mahmudov rayondakı maarif işindən ayrılmış, Azərbaycan Dövlət
Universitetinin fəlsəfə bölməsinə daxil olmuşdur. ADU-nu bitirib
fəlsəfə kafedrasında saxlanılmış, kafedrada laborant, müəllim
işləməklə yanaşı, din sahəsində araşdırmalar aparmışdır. 1964-cü
ildə namizədlik dissertasiyası müdafiə etmişdir.
Pənah Mahmudovun "Elm dini mö’cüzələri rədd edir" adlı kitabı
nəşr olunmuşdur.
Onun "Marksist Ateizm və humanizm", "Kommunist tərbiyəsində
ateizm təbliğatı", "Elmi ateizm üzrə ixtisasa giriş" (metodik
göstəriş), "Dini mö’cüzələr varmı?" kitabları da çap olunmuşdur.
Bu tədqiqatlarda dinin elmi şərhi sahəsindəki səmərəli ideya
xətti əsas olmuşdur.
Bütün bu müddət ərzində Pənah Mahmudov pedaqoji fəaliyyətini də
gücləndirib dosent elmi dərəcəsini qazanmışdır.
Pənah Mahmudovun son tədqiqatı fəlsəfə alimləri Mikayıl Məmmədov
və Maqsud Cəlilovla birgə yazdıqları "Cəmiyyət, din və ateizm"
kitabıdır.
Pedaqoq alimin tədqiqatçılıq fəaliyyətinin bir qismi elmi
məqalələr şəklində ifadə edilmiş, yüzdən çox elmi məqalə
yazmışdır. Respublikada və keçmiş ittifaq miqyasında elmi
konfranslarda, simpoziumlarda mə’ruzələrlə çıxış etmişdir.
Pənah Mahmudov xalqımızın folklor yaradıcılığına xüsusi maraq
göstərən ziyalılarımızdan olmuşdur. Xüsusilə Borçalının saz, söz
ustadları Aşıq Əmrahın, Aşıq Kamandarın sənəti barədə məqalələr
yazaraq onların Azərbaycanda tanınmasına kömək etmişdir.
Pənah Mahmudov 2000-ci ilin oktyab ayında Bakıda vəfat etmişdir.
POLAD
POLADOV
Polad Məhəmməd oğlu Poladov 1930-cu ildə Borçalı mahalının Bolus
nümayəndəliyinin (indiki Bolnisi rayonu) Faxralı kəndində anadan
olmuşdur. 1947-ci ildə Faxralı orta məktəbini bitirmişdir. Həmin
il Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU)
kimya-biologiya fakültəsinə daxil olmuş, 1951-ci ildə institutu
bitirdikdən sonra Faxralı orta məktəbində əmək fəaliyyətinə
başlamışdır. Elmə olan marağı onu 1962-ci ildə Bakıya
qaytarmışdır. Əvvəlcə Azərbaycan Politexnik İnstitutunda (indiki
AzTU) kimya kafedrasında baş laborant kimi fəaliyyət göstərən
Polad Poladov sonralar assistent, baş müəllim olmuş, 1972-ci
ildə kimya elmləri namizədi elmi dərəcəsi almaq üçün namizədlik
dissertasiyası müdafiə etmişdir. Müdafiədən sonra baş müəllim,
1977-ci ildən dosent və 1991-ci ildən isə professor kimi
fəaliyyət göstərmişdir. Polad Poladovun 50 elmi əsəri, 7 kitabı
və bir neçə dərs vəsaiti çap olunmuşdur. O, 10-a yaxın elmi
konfranslarda, kimya və biologiyanın xalq təsərrüfatına tətbiqi
və s. problemlər üzpə məruzələr etmiş, materiallar çap
etdirmişdir. Polad Poladovun elmi-pedaqoji fəaliyyəti 1981-ci
ildə XII Mendeleyev qurultayının 2 medalı, "Gənc kimyaçılar"
ümumittifaq olimpiadasının qalibi diplomu, "Sosializm yarışının
qalibi" döş nişanı və 1988-ci ildə "Əmək veteranı" medalı ilə
qiymətləndirilmişdir.
RƏŞAD
QASIMOV
Rəşad Mehralı oğlu Qasımov 1956-cı ildə Bolnisi rayonunun
Faxralı kəndində anadan olmuşdur. 1973-cü ildə Faxralı orta
məktəbini ə’la qiymətlərlə bitirmişdir. 1973-cü ildə ADU-nun
mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1978-ci ildə
oranı müvəffəqiyyətlə bitirmişdir. 1978-ci ildə Azərbaycan EA
Kibernetika institutunda baş laborant vəzifəsində işə
başlamışdır.
BDU-nun "Ali riyaziyyat" kafedrasının dissertantı olmuş və
1996-cı ildə Azərbaycan EA Mexanika və Riyaziyyat institutunda "Qeyri-xətti
hiperbolik tənlik üçün qeyri-requlyar qarışıq məsələnin həllinin
apraksimasiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə
etmişdir. 12-yə qədər elmi məqalənin müəllifidir.
Hal-hazırda ARDNŞ "Xarici sərmayələr idarəsində" şö’bə müdiri
vəzifəsində çalışır.
RƏHİLƏ
RAMAZANOVA
Rəhilə İlyas qızı Ramazanova 1969-cu il mayın 4-də Bolnisi
rayonunun Faxralı kəndində anadan olmuşdur. 1985-ci ildə Faxralı
orta məktəbini bitirmiş, Azərbaycan Neft və Kimya institutunun
Geoloji kəşfiyyat fakültəsinə daxil olmuş və 1990-cı ildə həmin
fakültədə təhsilini "Neft və qaz yataqlarının axtarışı və
kəşfiyyatı" ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurmuşdur.
1990-cı ildə Azərbaycan Elmlər Akademiyası Geologiya
institutunda əyani aspiranturaya daxil olmuşdur. 1994-cü ildən
həmin institutda "Litologiya" ixtisası üzrə elmi işçi
vəzifəsində işləmişdir. "Orta Kür çökəkliyinin təbaşir yaşlı
süxurlarının postsedimentasion dəyişilməsi və onların kollektor
xassələrinə tə’siri" mövzusunda namizədlik dissertasiyası
üzərində işləmişdir.
1995-ci ildən Azərbaycan Neft və Kimya Elmi-Tədqiqat
institutunda baş laborant vəzifəsində çalışmış, bir neçə
məqalənin müəllifi olmuşdur. 1998-ci ildə ABŞ-nın (Texas
ştatında) Hyüston şəhərində yerləşən Texas universitetinin
geologiya fakültəsinə daxil olmuş, 1999-cu ildə fakültəni
bitirmişdir. Həmin ildən Texas universitetinin geologiya
fakültəsi üzrə magistratura şö’bəsində təhsil almış və
dissertasiya müdafiə edib elmi dərəcə almışdır. İngilis, rus və
Azərbaycan dillərində yaxşı tərcümə etmə qabiliyyətinə malikdir.
RÖVŞƏN
XƏLİLZADƏ
Rövşən Sabir oğlu Xəlilzadə 1972-ci il martın 1-də Bolnisi
rayonunun Faxralı kəndində anadan olmuşdur. 1979-cu ildə Faxralı
kənd 8 illik məktəbinin 1-ci sinfinə getmiş, 1989-cu ildə isə
Bakı şəhəri 53 saylı orta məktəbi qızıl medalla bitirmişdir.
Həmin ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuş,
1995-ci ildə isə fərqlənmə diplomu ilə Universiteti bitirmişdir.
1995-1997-ci illərdə Azərbaycan Tibb Universitetinin
nerocərrahiyyə kafedrasının klinik ordinatoru olmuşdur.
1997-2000-ci illərdə aspiranturada oxumuşdur.
2000-ci ildə "Hemorrogik institutlarda cərrahi müalicənin
proqnozları" mövzusunda dissertasiya müdafiə edib, tibb elmləri
namizədi alimlik dərəcəsi almışdır.
Rövşən Xəlilzadənin elmi və pedaqoji fəaliyyəti 7 elmi məqalədə
öz əksini tapmışdır.
Rövşən Xəlilzadə gənc mütəxəssis kimi 1 il xarici dövlətdə elmi
e’zamiyyətdə olmuşdur.
Rövşən Xəlilzadə bu müddət ərzində bir neçə elmi-praktiki
konfranslarda çıxış etmiş, məqalələr çap etdirmişdir.
Hal-hazırda Azərbaycan Tibb Universitetinin neyro-cərrahiyyə
kafedrasının assistentidir
SABİR
ÖMƏROV
Sabir Ömər oğlu Ömərov 1956-cı ildə Bolnisi rayonunun Faxralı
kəndində anadan olmuşdur. 1973-cü ildə Faxralı kənd orta
məktəbini bitirmiş və həmin ildə Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) riyaziyyat fakültəsinə daxil
olmuşdur.
Universiteti bitirdikdən sonra tə’yinatla Azərbaycan EA
Kibernetika İnstitutuna göndərilmişdir. 1978-1980-cı illərdə
həmin institutda mühəndis-proqramçı vəzifəsində çalışmışdır.
1980-1983-cü illərdə T.Q. Şevçenko adına Kiyev Dövlət
Universitetinin "Ehtimal nəzəriyyəsi və riyazi statistika"
kafedrasının əyani aspirantı olmuşdur.
1984-cü ildə "Təsadüfi proseslərin və meydanların
interpolyasiyası haqqında" mövzusunda namizədlik dissertasiyası
müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi
almışdır.
1985-1990-cı illərdə Azərbaycan EA AİS şö’bəsində çalışmışdır.
1990-cı ildən Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasında
dosent vəzifəsində işləyir.
Sabir Ömərov 4 dərs vəsaitinin, bir neçə metodiki tövsiyənin və
18 elmi məqalənin müəllifidir.
"Korrelyasiya və reqressiya təhlili", "Statistik fərziyyələrin
yoxlanılması" adlı vəsaitləri nəşr edilmişdir.
SABİR
XƏLİLOV
Sabir Ayvaz oğlu Xəlilov 1941-ci ildə Bolnisi rayonunun Faxralı
kəndində anadan olmuşdur. 1958-ci ildə Faxralı orta məktəbini
bitirmiş və həmin ildə Azərbaycan Politexnik İnstitutunun
Mexanika fakültəsinə daxil olmuşdur. 1963-cü ildə həmin
fakültədə təhsilinin fərqlənmə diplomu ilə başa vurmuşdur.
1965-ci ildən Azərbaycan Texniki Universitetində işə başlamışdır.
1974-cü ildə "İkiforsunkalı yanacaq sistemi vasitəsilə dizel
mühərrikinin işinin tədqiqi" mövzusunda namizədlik
dissertasiyası müdafiə edərək texnika elmlər namizədi elmi
dərəcəsi almışdır. 1976-cı ildə "Daxili yanma mühərrikləri"
kafedrasının dosenti olmuşdur. 1981-1985-ci illərdə Əlcazair
respublikasının Yüngül Sənaye İnstitutunda işləmişdir. 1996-cı
ildən Türkiyə Respublikasının Erciyəz Universitetində çalışır.
Daxili yanma mühərrikləri üzrə 30-dan artıq elmi əsərin
müəllifidir.
SABİR
İSGƏNDƏROV
Sabir Məhəmməd oğlu İsgəndərov 1941-ci il iyunun 10-da Bolnisi
rayonunun Faxralı kəndində anadan olmuşdur. Faxralı orta
məktəbini bitirmiş, 1960-cı ildə Azərbaycan Politexnik
İnstitutuna daxil olmuşdur.
1965-ci ildə institutu bitirib Azərbaycan Dövlət su təsərrüfatı
qurğuları layihələndirmə institutunda mühəndis hidrotexnik
vəzifəsində işləmişdir. İşlədiyi müddətdə Novoçerkassk şəhərində
mühəndis meliorasiya institutunun nəzdində su təsərrüfatı üzrə
Ali rəhbər kadrları kursunu keçmiş, Uzaq şərqdə - Vladivostok
şəhərində su təsərrüfatı qurğularının layihələndirilməsində
müəyyən müddət çalışmışdır. 1969-cu ildə Azərbaycan
Elmi-Tədqiqat Su Problemləri institutunun aspiranturasına qəbul
olunmuş sonra Moskva Hidromeliorasiya İnstitutuna
göndərilmişdir.
Aspiranturada oxuduğu zaman Moskva xalq universitetinin texnika
və iqtisadiyyat kursunu bitirmişdir. Eyni zamanda Moskva
Hidromeliorasiya institutunun Elmi-tədqiqat bölməsində də
işləmişdir.
1973-cü ildə Moskva Hidromeliorasiya institutunda "Çay axımının
mürəkkəb növ tənzimlənməsinin bə’zi məsələlərinin tədqiqi"
mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1972-1974-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Su Problemləri
institutunda su ehtiyatlarının kompleks istifadəsi
laboratriyasında baş elmi işçi vəzifəsində çalışmışdır.
1975-ci ildən Bakı Dövlət Universitetinin Hidrometeorologiya
kafedrasında dosent vəzifəsində işləyir. Tədrislə yanaşı
təsərrüfat müqavilələri üzrə Lənkəran zonasında Viləşçay su
anbarının gil ekranlı bəndinin tikilməsində Hidrometeoroloji
amillərin nəzərə alınması, səthi axımın tədqiqi, Ceyranbatan su
anbarında lillənmənin öyrənilməsi, Böyük Şor kölünün hidroloji
rejimi və s. mövzularda tədqiqatların yerinə yetirilməsində
rəhbər olmuşdur.
1976-cı ildə YUNESKO xətti üzrə Beynəlxalq hidrologiya kursunu
bitirmişdir. 1995-ci ildən Lənkəran Dövlət universitetində və
Bakı Ali Hərbi Dəniz məktəbində də işləmişdir. Fakültə "Bilik"
cəmiyyətinin sədri və dekan müavini vəzifəsində çalışmışdır.
Sabir İsgəndərov 100-ə yxın elmi məqalənin, elmi hesabatın və
bir sıra dərs vəsaiti və fənn proqramlarının müəllifidir. Onun
apardığı elmi-tədqiqat işlərinin nəticələri respublikamızda,
Orta Asiyada və Şimali Qafqazda həyata keçirilən bir sıra su
təsərrüfatı tədbirlərinin aparılmasında istifadə olunur.
SƏRDAR
QASIMOV
Sərdar Yusif oğlu Qasımov 1955-ci ildə Bolnisi rayonunun Faxralı
kəndində anadan olmuşdur. 1973-cü ildə Faxralı orta məktəbini
ə’la qiymətlərlə başa vurmuş və ADU-nun mexanika-riyaziyyat
fakültəsinə daxil olmuşdur. 1978-ci ildə oranı bitirmiş və
Azərbaycan EA Kibernetika institutunda baş laborant vəzifəsində
işə başlamışdır. 1983-cü ildə Kibernetika institutunda hesablama
riyaziyyatı ixtisası üzrə qiyabi aspiranturaya daxil olmuşdur.
1992-ci ildə Kibernetika İnstitutunda dissertasiya müdafiə etmiş,
elmlər namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
Hal-hazırda Azərbaycan Dövlət Neft Akademiyasının tətbiqi
riyaziyyat kafedrasının dosenti və Azərbaycan EA Kibernetika
İnstitutunda baş elmi işçi vəzifəsində çalışır. 20-yə yaxın elmi
məqalənin müəllifidir. O, bir sıra ittifaq və respublika
konfranslarının iştirakçısı olmuş, elmi məqalələr çap
etdirmişdir.
SÜLEYMAN
QASIMOV
Süleyman Mehralı oğlu Qasımov 1961-ci ildə Bolnisi rayonunun
Faxralı kəndində fəhlə ailəsində anadan olmuşdur.
1978-ci ildə Faxralı kənd orta məktəbini bitirdikdən sonra
Azərbaycan Xalq Təsərürfatı İnstitutuna (indiki ADİU-nun) daxil
olmuşdur. 1982-ci ildə həmin institutu fərqlənmə diplomu ilə
bitirmiş, iqtisadçı ixtisasına yiyələnmişdir.
1982-ci ildə Neft Daşları, Neft və qazçıxarma idarəsində gənc
mütəxəssis kimi əmək fəliyyətinə başlamışdır. 1982-ci ildən
1991-ci ilədək həmin idarədə mühasiblikdən baş mühasib
vəzifəsinədək yüksəlmişdir. 1991-ci ildə Xəzərdənizneftqaz
İstehsalat Birliyində, 1992-ci ildə Azərneft neft və qazçıxarma
baş idarəsində baş mühasib vəzifəsində çalışmışdır. 1994-cü
ildən indiyədək Dənizdə neft və qazçıxarma İstehsalat Birliyində
baş mühasib vəzifəsində çalışır.
1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun "Muhasibat
uçotu və audit" kafedrasının dissertantı qəbul olunmuş, 2001-ci
ildə "Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin
təhlili" ixtisası üzrə "Dənizdə neft və qazçıxarma sənayesində
idarəetmə uçotunun təşkili problemləri və tətbiqi istiqamətləri"
mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi
alimlik dərəcəsi almışdır.
Süleyman Qasımovun elmi fəaliyyəti 10 elmi əsərdə öz əksini
tapmışdır. Bu müddət ərzində bir neçə elmi və elmi-praktik
konfrans və simpoziumlarda çıxış edib, materiallar çap
etdirmişdir.
ŞAMİL
ORUCOV
Şamil Oruc oğlu Orucov 1929-cu ildə Borçalının Faxralı kəndində
anadan olmuşdur. 1937-ci ildə Faxralı kənd orta məktəbinə daxil
olmuş, 1948-ci ildə həmin məktəbi bitirmişdir. 1950-1953-cü
illərdə hərbi xidmətdə olmuşdur. Tərxis olunduqdan sonra 1954-cü
ildən 1957-ci ilə qədər Faxralı kəndindəki kitabxananın müdiri
işləmişdir. 1954-cü ildə Azərbaycan Politexnik İnstitutunun "Avtomobil
nəqliyyatı" fakültəsinə daxil olmuş, 1959-cu ildə həmin
fakültəni bitirmişdir. Ailə vəziyyətilə əlaqədar olaraq Şamil
Orucov institutda oxuduğu vaxt paralel olaraq Azərbaycan Dəmir
yol İdarəsinin ambarında təchizatçı işləmişdir. 1959-cu ildən
isə həmin müəssisənin təchizat və nəqliyyat şö’bəsində böyük
mühəndis, 1961-ci ildə texniki şö’bənin mühəndisi işləmişdir.
Şamil Orucov 1962-ci ildə Azərbaycan SSR Tikinti Nazirliyinin
maddi texniki bazasında nəqliyyat şö’bəsinin rəisi vəzifəsini
icra etmişdir. 1964-cü ildə Azərbaycan SSR EA-nın İqtisadiyyat
institutunun aspirantı olmuşdur. 1967-ci ildə EA-nın
İqtisadiyyat İnstitutununda kiçik elmi işçi işləmişdir.
1967-ci ildə dissertasiya müdafiə etmişdir. 1968-ci ildə
Azərbaycan SSR Dövlət Plan Komitəsinin İqtisadiyyat İnstitutuna
keçmiş və burada böyük mühəndis-iqtisadçı vəzifəsində işləmişdir.
1968-ci ilin sonunda Xalq Təsərrüfatı sahələrinin
yerləşdirilməsi sektoruna müdir vəzifəsinə irəli çəkilmişdir.
Həmin ildən də Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadi
planlaşdırma kafedrasına müqavilə yolu ilə müəllim düzəlmişdir.
1971-ci ildən 1997-ci ilə qədər Azərbaycan Xalq Təsərrüfatı
İnstitutunda dosent vəzifəsində işləmişdir. 1983-cü ildə
iqtisadiyyatın təşkili və planlaşdırılması kafedrasına müdir
tə’yin olunmuşdur. Şamil Orucovun elmi və pedaqoji fəaliyyəti 35
elmi məqalədə və 3 kitabda, 17 tezis-məruzələrdə öz əksini
tapmışdır. Bunlardan başqa 10 kitabı redaktə etmiş və bir neçə
aspiranta elmi rəhbər olmuşdur.
Şamil Orucov 1997-ci ildə vəfat etmişdir.
VAQİF
NƏBİYEV
Vaqif Nəbi oğlu Nəbiyev 1953-cü ildə Bolnisi rayonunun Faxralı
kəndində anadan olmuşdur. 1970-ci ildə Faxralı orta məktəbini
ə’la qiymətlərlə bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət
Tibb İnstitutunun (indiki ADTU-nun) müalicə-profilaktika
fakültəsinə qəbul olmuşdur.
1976-cı ildə institutu müvəffəqiyyətlə bitirmiş, bir il
Kirovabad (Gəncə) şəhər təcili yardım xəstəxanasında internatura
keçmişdir. 1978-1981-ci illərdə tə’yinatla Xanlar rayonu mərkəzi
xəstəxanasında həkim-onkoloq işləmişdir. 1983-cü ildən şəhər
onkoloji dispanserində endoskopiya şö'bəsinin müdiridir. Onun
sə’yi nəticəsində endoskopiya şö'bəsinin bazasında şəhər
endoskopiya mərkəzi yaradılmışdır. Hazırda həmin mərkəzə Vaqif
Nəbiyev başçılıq edir.
Vaqif Nəbiyev 1990-cı ildə Leninqrad (indiki S.Peterburq)
şəhərində SSRİ Səhiyyə Nazirliyinin S.M.Kirov adına Həkimləri
təkmilləşdirmə İnstitutunun endoskopiya kafedrasının müdiri
professor L.N.İnşakovun rəhbərliyi altında "Yemək borusu
xərçənginin erkən diaqnostikasının təkmilləşdirilməsi yolları"
mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
15 elmi məqalənin müəllifidir. Onkologiya və endoskopiya üzrə
tibbi kadrların hazırlanmasında xüsusi xidmətləri var. ATU-da, 2
saylı tibb məktəbində, orta tibb işçilərinin ixtisasartırma
kursunda dərs deyir. Bakı şəhərinin baş endoskopistidir. Daxili
qoşunlar hospitalının məsləhətçisi və endoskopistidir.
Doktorluq işini müdafiə şurasına təqdim etmişdir.
VƏLİ
SULTANOV
Vəli Daryax oğlu Sultanov 1928-ci ildə Borçalı mahalının Bolus
nümayəndəliyinin (indiki Bolnisi rayonu) Faxralı kəndində anadan
olmuşdur. Orta məktəbi Faxralı kəndində bitirdikdən sonra,
1950-ci ildə Azərbaycan Sənaye İnstitutuna daxil olmuş və
1955-ci ildə Neft və qaz quyularının qazılması ixtisasına
yiyələnmişdir. Bir müddət neft buruqlarında işləmiş, 1958-ci
ildə "ÜİTTETİ-də" (ümumittifaq Təhlükəsizlik Texnikası Elmi
Tədqiqat İnstitutu) çalışmışdır.
1968-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin
ildən e’tibarən AzPİ-nin (indiki ATU-nun) əmək mühafizəsi və
təhlükəsizlik texnikası kafedrasında dosent vəzifəsində
işləmişdir. 1977-ci ildə xəstəliklə əlaqədar olaraq işdən azad
edilmişdir. Vəli Sultanovun elmi və pedaqoji fəaliyyəti 20-dən
çox elmi əsərdə öz əksini tapmışdır. O cümlədən iki kitabın
müəllifi, 4 kitaba isə həmmüəllif olmuşdur. Vəli Sultanov 15-ə
qədər ittifaq və respublika səviyyəli konfranslarda mə’ruzələr
etmiş və elmi materiallar çap etdirmişdir.
Vəli Daryax oğlu Sultanov 1998-ci il iyun ayında Bakıda vəfat
etmişdir.
YOLÇU
ƏLİZADƏ
Yolçu Əhməd oğlu Əlizadə 1922-ci ildə Borçalı mahalının Bolus
nümayəndəliyinin Faxralı kəndində anadan olmuşdur. 1946-cı ildə
Faxralı orta məktəbini qızıl madalla bitirmiş, Azərbaycan Dövlət
Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1941-ci
ildə Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq
həmin ilin avqust ayında Ordu sıralarına çağırılmış,
1941-1945-ci illərdə ön cəbhədə vuruşmuşdur. Müharibədə iştirakı
zamanı orden və medallarla təltif edilmişdir.
Müharibədən tərxis olunduqdan sonra, Azərbaycan Xalq Təsərrüfatı
İnstitutuna daxil olmuş, 1956-cı ildə oranı bitirmişdir. 1946-cı
ildən 1968-ci ilə kimi Bolnisi rayonunun bir sıra kəndlərində
kolxoz və sovxozların baş mühasibi vəzifəsində işləmişdir.
1964-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun
iqtisadiyyat fakültəsinə aspiranturaya daxil olmuş, 1968-ci ildə
isə aspiranturanı bitirmişdir. Sonra Gürcüstan Elmlər
Akademiyasının İqtisadiyyat İnstitutunda dissertasiya müdafiə
edib iqtisad elmlər namizədi elmi dərəcəsi almışdır. 1968-ci
ilin sentyabr ayının 1-dən 1999-cu ilin sentyabrına kimi
Azərbaycan Dövlət İqtisad İnstitutunun mühasibat uçotu
kafedrasında dosent vəzifəsində işləmişdir. 1969-1974-cü illərdə
həmin ali məktəbin "Mühasibat uçotu və maliyyə-kredit"
fakültəsində dekan müavini və dekan vəzifələrində işləmişdir.
Mühasibat uçotuna və onun təkmilləşməsinə aid 35 elmi məqalənin
və 3 dərs vəsaitinin müəllifidir. Bu sahə üzrə elmi
konfranslarda fəal iştirak etmiş, məqalələr çap etdirmişdir.
1985-1990-cı illərdə Azərbaycan Ali məhkəməsinin iclasçısı
olmuşdur. II dərəcəli müharibə əlilidir.
YUSİF
MUSAYEV
Yusif Əli oğlu Musayev 1942-ci ildə Bolnisi rayonunun Faxralı
kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1948-ci ildə
Faxralı orta məktəbinin 1-ci sinfinə daxil olmuş və 1958-ci ildə
orta məktəbi bitirib, Azərbaycan Politexnik İnstitutunun
maşınqayırma fakültəsinə daxil olmuşdur. 1963-cü ildə institutu
bitirmiş, tə’yinat üzrə "Bakelektroştamp" zavodunda
mühəndis-texnoloq işləmişdir. 1964-1965-ci illərdə ordu
sıralarında xidmət etmişdir. 1965-1968-ci illər ərzində
Azərbaycan Politexnik institutunun "Maşın detalları və
yükqaldıran-nəqlədici maşınlar" kafedrasında assistent
işləmişdir. 1968-1971-ci illərdə Moskvada SSRİ EA-nın
"Maşınşünaslıq" elmi tədqiqat institutunda aspirant olmuş, orada
texnika elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiya
müdafiə etdikdən sonra Azərbaycan Politexnik İnstitutunun "Maşın
detalları və YQNM" kafedrasında assistent, baş müəllim və dosent
vəzifəsində işləmişdir. 1975-1976-cı illər və 1998-ci ildə
Almaniya Federativ Respublikasının Münxen Texniki
Universitetində elmi e’zamiyyətdə olmuşdur. 1981-1982-ci illərdə
Moskvada Moris Torez adına Xarici Dillər İnstitutunda ingilis
dili öyrənmiş və 1983-1987-ci illər ərzində Efiopiyada Bahr-Dar
Politexnik institutunda müəllim işləmişdir. O, maşın və
mexanizmlərdə "Sürtünmə, yeyilmə və yağlama" problemləri ilə
məşğuldur. 50-dən çox elmi məqalənin, 10-a qədər müəlliflik
şəhadətnaməsinin müəllifidir. 9 dərs vəsaiti çap etdirmişdir
(onlardan 4-ü ingilis dilində Efiopiyada çap olunmuşdur). Digər
müəlliflərlə birlikdə rusça-azəricə-türkcə-ingiliscə "Makina
elemanları sözlüyü" (325 s) Türkiyədə çap olunmuşdur (1997).
Elmi məqalələri əsasən Rusiya, Almaniya, Türkiyə, Yuqoslaviya və
s. dövlətlərdə çap olunmuşdur.
|